1 avqust 2019 www.xeber24.az

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Xeber24.az Oxu.az-a isinadən xəbər verir ki, hadisə Bakı-Horadiz magistral yolunun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “VAZ-2107” markalı maşın toqquşub.

Nəticədə, Sabirabad rayonunun Qalağayın kənd sakini, 1959-cu il təvəllüdlü Fərzəliyev Fərzəli Salman oğlu hadisə yerində ölüb.

Qaratəpə kənd sakini, 2003-cü il təvəllüdlü Mehdiyev Elçin Çingiz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Fariz Eyvazlı