21 May 2019 www.xeber24.az

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Ərəb Dövlətləri Liqasının (ƏDL) üzv ölkə liderlərini 30 Mayda Məkkə şəhərində keçirilməsi planlaşdırılan iki zirvə toplantısına dəvət etdiyi bildirilmişdi.

Lakin Qətər tərəfindən verilən və REUTERS agentliyinin yaydığı açıqlamada Qətər rəsmilərinin zirvə toplantılarına dəvət edilmədiyi bildirilib. Açıqlamada “Qonşuları tərəfindən hələ də təcrid edilən Qətər toplantıya dəvət edilmədi.” deyə qeyd edilib.

Ərəb Dövlətləri Liqasından edilən açıqlamada isə bütün üzv dövlətlərə dəvət göndərildiyi bildirilib.

Bütün bu yaşananlardan sonra Qətərin toplantıya qatılıb-qatılmayacağı hələki sual altındadır.

Fariz Eyvazlı