11 sentyabr 2019 www.xeber24.az

Sentyabrın 10-da Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən Şəki şəhərində keçirilən “Speak out” natiqlik məktəbinin açılış mərasimi keçirilib.

Natiqlik məktəbində Bakı şəhəri ilə yanaşı 10 regiondan (Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz, Ş. Aran, Mərkəzi Aran və Q. Aran, Yuxarı Qarabağ, Lənkəran,Gəncə-Qazax və Şəki-Zaqatala Regionları) gənclər iştirak edir.

“Speak out” natiqlik məktəbinin məqsədi gənclərin natiqlik bacarıqlarının artırılması, mövzuların araşdırılmasında kömək edilməsi, gənclərin araşdırma qabiliyyətinin inkişaf etdirilməsi, dünyagörüşünün genişləndirilməsi, komanda ruhunun və fəallıqlarının artırılmasıdır.

Gənclər “Natiqlik sənəti”, “Diksiya”, “Ünsiyyət bacarıqları” təlimlərində və “Nə?, Harada?, Nə zaman?”, “Breyn rinq” intellektual oyunlarının iştirak edəcəklər. Natiqlik məktəbinin iştirakçıları natiqlik, fərdi inkişaf təlimləri ilə yanaşı keçiriləcək debat oyunları vasitəsilə də praktiki biliklərə yiyələnəcəklər.

Qeyd edək ki, Şəki şəhərində keçirilən “Speak out” natiqlik məktəbi 10-14 sentyabr tarixlərində keçirilir.

Fariz Eyvazlı