19 iyul 2019 www.xeber24.az

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Səbail” səfərdə “Universitatya Krayova” (Rumıniya) klubu ilə qarşılaşıb.

Matçın gedişində iki qol fərqi ilə hesabda geri düşən təmsilçimiz özündə güc tapıb bərabərlik qolunu vursa da, rəqibin son dəqiqədə fərqlənməsinə mane ola bilməyib.

Fortes 90-cı dəqiqədə oyunda son nöqtəni qoyub.

Bununla da hər iki oyunda 2:3 hesabı ilə məğlub olan Bakı təmsilçisi Avropa Liqasında mübarizəni ilk turdaca başa vurub.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

18 iyul

20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) – 3:2

Qollar: Sisaldau, 28, Vateyulu, 54, Fortes, 90 – Ağabala Ramazanov, 67, Duventru, 69

Baş hakim: Helqi Mikael Yonasson

Krayova. İon Oblemenko stadionu

İlk oyun – 3:2

 

Fariz Eyvazlı

Loading...