13 Aprel 2019 www.xeber24.az

Rusiyanın Tümen vilayətində aparılan anti-terror əməliyyatı zamanı İŞİD terror təşkilatının iki tərəfdarı məhv edilib.

Rusiya Milli Anti-Terror Komitəsinin məlumatına görə, fərdi yaşayış evində gizlənmiş terrorçular hakimyyət nümayəndələrinin “təslim ol!” əmrinə tabe olmayaraq qanun keşikçilərinə atəş açıblar.

Atışma nəticəsində hər iki terrorçu məhv edilib.

Onların terror aktı törətmək niyyətində olduqları bildirilir.

Dinc sakinlərin və polisin zərər görmədiyi bildirilir.

Fariz Eyvazlı