Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo 2013-cü ildə qazandığı “Qızıl top”u hərrac vasitəsi ilə satıb.

Xeber24.az xəbər verir ki, bu, “Make-A-Wish” adlı yardım təşkilatının təşkil etdiyi gecədə baş verib.

Portuqaliyalının “Ballon d’Or”unu İsrailin ən varlı şəxslərindən olan İdan Ofer 600 min avroya satın alıb.

Ronaldonun “Qızıl top”unun satışından əldə edilən gəlir ölümcül xəstəliklərlə mübarizə aparan uşaqlara ayrılacaq.Ronaldodan alqışalayiq addım: “Qızıl top”u onlar üçün satdı