UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

Xeber24.az-ın offsideplus.az-a istinadla məlumatına görə, A qrupunda yer alan Türkiyə “Qalatasaray”ı İspaniyada “Real Madrid”ə 0:6 hesabı ilə uduzaraq, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırıb.

ÇL, A qrupu

“Real Madrid” (İspaniya) – “Qalatasaray” (Türkiyə) – 6:0

Qollar: Rodriqo, 4; 7; 90+2. Serxio Ramos, 14 (penalti ilə). Kərim Benzema, 45; 81.

Xal durumu: PSJ – 12, “Real Madrid” – 7, “Brügge” – 2, “Qalatasaray” – 1.