29 Aprel 2019 www.xeber24.az

Aprelin 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fitva verib.

Xeber24.az Oxu.az-a istinadən xəbər verir ki, bununla əlaqədar şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə iclas keçirilib.

Fitvaya görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir.

Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

Fariz Eyvazlı