24 İyun 2019 www.xeber24.az

21 iyun saat 12:00-da Azərbaycan Beynəlxalq Mətbuat Mərkəzində “Radikal dini cərəyanlar: Qadınları təsirlərdən necə qorumalı?” mövzusunda ictimai müzakirə keçirilib.

Ölkə KİV-ləri tez-tez radikal dini cərəyanların Azərbaycan qadınlarına, milli-mənəvi dəyərlərə neqativ təsirlərindən və cəmiyyətdə potensial münaqişə mənbəyi olmasından bəhs edirlər. Belə hallar vaxtaşırı ailələrin dağılmasına, ictimai şüurda ekstremist baxışların yayılmasına səbəb olur.

Bəs bu hallarla necə effektiv mübarizə aparmaq və onlara qarşı hansı profilaktik tədbirlər görmək olar?

Bununla bağlı olaraq 21 iyun saat 12:00-da Azərbaycan Beynəlxalq Mətbuat Mərkəzində “Radikal dini cərəyanlar: Qadınları təsirlərdən necə qorumalı?” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbirdə DTX-nın ekspertləri, dini qurumların nümayəndələri, millət vəkilləri, ictimai fəallar, qeyri-hökumət sektorunun nümayəndələri, təhsil sahəsinin mütəxəssislərijurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, bu gün radikalizmə qarşı mübarizə vacibdir:

“İnsanlar radikal cərəyanlara daha çox sosial şərtlərə görə qoşulurlar. Radikalizmlə mübarizə üçün sağlam dini təhsilin verilməsi vacibdir. Qadınlar dini oxuyaraq, düşünərək yaşamalıdırlar ki, sonradan ziyanlı təsirlərə düşməsinlər. Azərbaycanda təhsilsiz qadın qalmamalıdır. Bütün hədəflər qadınların iqtisadi müstəqilliyinin təmin edilməsinə yönəldilməlidir”.

Həqiqətən də, ölkəmizdə qadınlar radikal cərəyanların təsirinə qarşı daha həssasdırlar. Tədbirdə iştirak edən ekspertlərdən hər biri bunun ilk səbəbinin cəmiyyətin qadınların təhsil almalarına laqeyd yanaşması olduğunu qeyd edib.

Çıxış edənlərin müxtəlif sahələri təmsil etmələrinə baxmayaraq, ortaq məxrəcə gəldikləri daha bir mövzu da qadınlara daha çox azadlıqların verilməsiictimaiyyətin bu mövzuda daha çox və düzgün bucaq altında maarifləndirilməsi olub.

Tədbir çərçivəsində ictimai birliyin bu mövzuda elan etdiyi inşa və rəsm müsabiqəsinin qalibləri təltif olunub.

Fariz Eyvazlı