“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Araz Abdullayevi cəzalandırıb.

Xeber24.az-ın məlumatına görə, buna səbəb futbolçunun şəxsi avtomobili ilə “avtoş”luq etməsidir.

Araz 2 gün öncə həmin görüntüləri şəxsi “İnstagram”da hesabında paylaşıb ki, bu da ciddi narazılıqla qarşılanıb.

Nizam-intizam qaydalarına ciddi yanaşan Qurbanov bu hərəkətini Abdullayevə bağışlamayıb. Təsadüfi deyil ki, yarımmüdafiəçinin adı bu gün “Qəbələ” ilə keçirilən görüşün iştirak ərizəsinə salınmayıb. Arazın heyətə daxil edilməməsi zədə ilə əlaqəli deyil.

Bunu klubdan Sportinfo.az saytına verilən açıqlamada da təsdiq ediblər.

Loading...