26 avqust 2019 www.xeber24.az

İspaniya Primerasının 2-ci turunda hücumçu Antuan Qrizmannın dublu “Barselona”ya “Betis” üzərində qələbə qazamanqda kömək edib – 5:2.

Vurduğu 2 top 28 yaşlı fransalı üçün “Barselona”nın heyətində ilk rəsmi qollarıdır.

Qrizmandan başqa kataloniyalıların heyətində Karles Peres (56), Jordi Alba (60) və Aleks Vidal (77) fərqləniblər.

“Betis”in 2 topunu Nabil Fekir (15), və Lorenso Qarsia (79) vurublar.

Xatırladaq ki, La Liqanın ilk turunda “Barselona” səfərdə “Atletik”a məğlub olub (0:1).

Fariz Eyvazlı