13 İyun 2019 www.xeber24.az

Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin bir ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, dağlıq ərazidə iki hektar sahədə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Fariz Eyvazlı

Loading...