Bakıda metroda problem yaranıb.
Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hadisə “Həzi Aslanov”-“İçəri şəhər” xətti üzrə hərəkət edən qatarın vaqonun qapısında qəfil problem yaranıb: “Maşinişt problemi aradan qaldırıb və hərəkət davam edib. Ümumən intervalında 5 dəqiqə ləngimə yaranıb”.
Sosial şəbəkədə qatarların gecikməsi insanlar tərəfindən etirazla da qarşılanıb. Metro rəsmisi qatarların 5 dəqiqə gecikdiyini desə də, sərnişinlər şəkil paylaşaraq 7 dəqiqə çəkdiyini bildiriblər.