3 avqust 2019 www.xeber24.az

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaq APOEL və “Qarabağ” oyununa hakim təyinatları açıqlanıb.

Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Davide Massaya Fabiano Preti və Alberto Teqoni kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Rosario Abisso, hakim-inspektoru Vladimir Antonov, UEFA nümayəndəsi isə Romano Klavedetşer olacaq.

Kiprdə baş tutacaq ilk oyun avqustun 6-sı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Fariz Eyvazlı