02 Aprel 2019 www.xeber24.az

Kəlbəcər rayonu Azərbaycan Respublikasının inzibati ərazi vahidi və tarixi torpağıdır. İnzibati mərkəzi Kəlbəcər şəhəridir və 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilmişdir, lakin erməni vandalları buranı işğal etdikdən sonra bu abidələrin əksəriyyətini məhv edilmişdir.

Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altındadır.

1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 sutkadan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki vermiş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olmuşdu. Döyüşdə həlak olmuş qəhrəmanlarımız bu gün də Kəlbəcər torpağında yatır.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunmuş, lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməmişdir.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 hektar meşə sahəsi indi də erməni vandalları tərəfindən talan olunmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən rayon ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.

Beynəlxalq təşkilatlar Kəlbəcər döyüşünə görə Qarabağda və Ermənistanda olan erməniləri tənqid etdi, Habelə, dönəmin Azərbaycan prezidenti Əbülfəz Elçibəyin baş məsləhətçisi Vəfa Quluzadə iddia edirdi ki, Ermənistanda yerləşən Rusiyanın 128-ci alayından yardım gəldiyi üçün bölgə çox asanlıqla Ermənistan tərəfindən işğal olundu.

 

Fariz Eyvazlı

Loading...