“Qalatasaray”ın futbolçusu Şener Özbayraklı evlənir.
Xeber24.az Fanat.Az-a istinadla xəbər verir ki, futbolçu bir müddət əvvəl nişanlandığı aktrisa Şilan Makalla ailə həyatı qurmağa hazırlaşır. 29 yaşlı futbolçu ilə 26 yaşlı aktrisa 2020-ci ilin yayında Artvində nigah masasına əyləşəcək.
Ali təhsilini Bəykənd Universitetinin Ədəbiyyat fakültəsində alan Şilan Makal toyda bahalı hədiyyələr istəmir və bir sosial layişə həyata keçirəcək. Belə ki, toya dəvət olunanlardan özləri ilə dəyərlə olan bir kitabı hədiyyə gətirməyi istəyir. Cütlük toplanacaq kitabları Artvində kənd məktəblərinə bağışlayacaq.
Qeyd edək ki, Şilan Makal 2015-ci ildə “İşte Benim Stilim” televiziya yarışmasına qatılıb. O, həmçinin “Yeni Gəlin” serialında çəkilib.





Loading...