Hər zaman “Qalatasaray” azarkeşi olduğunu deyən və tez-tez sosial media hesabından İstanbul klubunun forması ilə fotolarını paylaşan model Vanessa Vailatti Türkiyəyə gəlir.
Xeber24.Az Fanat.Az-a istinadla xəbər verir ki, “Instagram”da 302 min izzləyicisi olan braziliyalı gözəl Super Liqanın “Qalatasaray” – “Başakşəhər” oyununu canlı izləyəcək. Vanessa bu barədə “Instagram”da yazıb.
“Qalatasaray” azarkeşlərinə salam. Gələn həftə “Başakşəhər” matçında Misli.com-un qonağı olaraq mən də stadionda olacam. Gözlə məni İstanbul. #HaydiCimbom” deyə model türkcə yayımladığı mesajda qeyd edir.
Qeyd edək ki, Çempionlar Liqasının “Real”la matçından əvvəl də Vanessa “Qalatasaray”a dəstək vermişdi. İstanbul klubunun forması ilə şəkilini paylaşan model sevimli komandasına uğurlar arzulamışdı.
Loading...