27 iyul 2019 www.xeber24.az

Bakı Şəhər Baş Polis İdarəsinin xanım əməkdaşı sevgilisini öldürməkdə təqsirləndirilir. İddialara görə, qadın polis əməkdaşı Abşeron rayonu Xırdalan şəhərində qeyri-rəsmi münasibətdə olduğu Ramiz Hüseynovu gecə saatlarında Xırdalanda qətlə yetirməkdə ittiham olunur.

Bakı Şəhər Baş Polis İdarəsi iddialara münasibət bildirib.

İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polis əməkdaşı olduğu iddia edilən Günel Qasımova daxili işlər orqanlarından 2016-cı ilin yanvar ayında xaric olunub.

Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabr ayında parkda baş verib. Xırdalan şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9-da yaşayan 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

G.Qasımova barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fariz Eyvazlı

Loading...