19 iyul 2019 www.xeber24.az

Ötən gün Pirşağı çimərliyində dənizdə bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölən şəxsin kimliyinə gəlincə, bu, Abşeron rayonu, Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.

Fariz Eyvazlı