08 İyun 2019 www.xeber24.az

Paytaxtın Nizami rayonu Qara Qarayev, Neftçilər və Babək prospektinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Toyota” markalı minik maşını hərəkətdə olarkən digər üç “Mercedes” markalı avtomobillərlə toqquşub.

Baş verən qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, hərəkətə maneələr yaradıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzanı törədən “Toyota” markalı avtomobilin sürücüsü yüngül xəsarət alaraq Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Fariz Eyvazlı

Loading...