08 sentyabr 2019 www.xeber24.az

08 sentyabr 2019-cu il tarixində Bakı Psixologiya Məktəbində gənc psixoloqlar üçün “Psixologiya Məktəbi Real Praktika” mövzusunda modern psixo texnikalarla vətəndaşlara yardım mexanizmi üzrə master klass təşkil olunub.

Gənc psixoloqlar və bu sahəyə maraq göstərən insanlarla görüşdə Bakı Psixologiya Məktəbinin rəhbəri Xatirə Səfərova, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova və yazıçı, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı, eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin katibinin müavini Çingiz Abdullayev də iştirak etmişdir. Bir neçə saat davam edən qarşılıqlı diskussiyalar və real hadisələrin müzakirələri gənc psixoloqlar üçün real praktika olmuşdur.

Fariz Eyvazlı