Fransanın paytaxtı Parisdə polis 1 May bayram mitinqləri ərəfəsində əməliyyat keçirib.

Xeber24.az Trend.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı 14 nəfər saxlanılıb.

Məlumata görə, saxlanan şəxslərin evlərindən və avtomobillərindən qadağan olunmuş alətlər, o cümlədən bıçaq, çəkic, qaz balonları və yanacaq dolu 3 kanistr müsadirə edilib.

Saxlananlar arasında 3 İspaniya vətəndaşının da olduğu bildirilir.

Qeyd edək ki, bu gün Parisdə 1 May mitinqlərinə 2 minədək sakinin qatılacağı gözlənilir.

Fariz Eyvazlı