13 iyul 2019 www.xeber24.az

Gürcüstanda təlim-məşq toplanışı keçmiş parapauerliftinq milli komandamız Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir.

Parapauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandası dünya çempionatında iştirak edəcək.

Dünya çempionatında ölkəmiz adından baş məşqçi İlqar İbişovun rəhbərliyi altında beş idmançı mübarizə aparacaq. Bunlar Pərvin Məmmədov (-49 kq), Nurlan Babacanov (-97 kq), Elşən Hüseynov (-107 kq), Şamo Aslanov (+107 kq) və Bikəxanım Vəliyevadır (-55 kq).

Bu gün Avropa çempionumuz Pərvin Məmmədov ilk olaraq mübarizəyə başlayır.

Qeyd edək ki, dünəndən başlayan yarışlar iyulun 20-dək davam edəcək.

Fariz Eyvazlı