8 iyul 2019 www.xeber24.az

Hesablama Palatası “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də yoxlama aparıb.

Bu, Hesablama Palatasının Kollegiya iclasında açıqlanıb.

Kollegiya iclasında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 2018-ci il üzrə maliyyə hesabatlarına dair nəzarət tədbirləri üzrə auditor hesabatı müzakirə olunub.

Kollegiya iclasında nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

Fariz Eyvazlı