31 iyul 2019 www.xeber24.az

Pakistanın Kvetta şəhərində bazarda partlayış olub.

Yerli “Dunya News” telekanalı bildirir ki, hadisə nəticəsində beş nəfər həlak olub, daha 34 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Partlayışın məqsədi polis maşınının olduğu ehtimal edilir: o tamamilə məhv edilib.

Bundan əlavə motosikllərə, avtomobillərə və yaxınlıqdakı mağazalara da ziyan dəyib.

Fariz Eyvazlı