4 iyul 2019 www.xeber24.az

3 İyul 2019-cu ildə (saat 12:00) Kukla Teatrının səhnəsində “Dovşanın ad günü” adlı uşaq tamaşası nümayiş olunub.

Tamaşa Azərbaycanın məşhur uşaq yazarı, balacalar üçün yazılan onlarla şeir, poema və səhnə əsərinin müəllifi Xanımana Əlibəylinin 100 illiyi münasibətilə səhnələşdirilib.

Müəllifin eyniadlı əsəri əsasında hazırlanan əsəri səhnələşdirən studiyanın bədii rəhbəri Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, xoreoqrafı Ramiz Qəmbərov, rejissor assistenti Gülər Məlikovadır.

Uşaqlara dostluq, sədaqət, dürüstlük və ən əsası sevgi, humanizm aşılayan birhissəli tamaşada rolları studiyanın istedadlı yetirmələri AysuUğur Cəbrayılovlar, İbrahim Laçın, İsmayıl Əli, İnci Mustafalı, Mələk İsabalasoy, Vüsal Davudlu, Tuncay Bəxtiyarov, Ömər Akın, Adil Əlizadə, Hüseyn Quliyev, Nəzrin Süleymanlı, Elmina Muradzadə, Aylin Rüstəmliİlqar İbrahimli ifa ediblər. Xeyriyyə məqsədli tamaşada BMT-nin Azərbaycan nümayəndəliyinin xətti ilə ölkəmizdə yaşayan suriyalı qaçqın uşaqlar, UAFA təşkilatında qeydiyyatda olan daun va autizm sindromlu balacalar da iştirak ediblər.

 

Fariz Eyvazlı