İşləyən və əsasən də gənc valideynlər üçün övladı ilə ünsiyyət problemi hər zaman aktualdır. Vaxt – zaman qıtlığı, iş stressi və s. sözlərləri səbəb gətirərək, övladları ilə davranışlarda bəzi xətalara yol verirlər. Bu halda valideyn istəmədən də olsa uşağın psixologiyasına təsir göstərir. Uşağa ya həddindən çox bağlılıq duyur, ya da hədsiz dərəcədə soyuqqanlılıq və ya səbrsizlik göstərir. Elə bu məqsədlə də, Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi ilə Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək İctimai Birliyi birgə 13 aprel 2019 – cu il tarixində bu və bu kimi bir çox problemlərə kömək olmaq məqsədilə «Övladım və Mən» valideyn – uşaqlar arasında ünsiyyət və davranışın inkişafına dəstək layihəsinə başlayıb.
Seminarı giriş sözü ilə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi və Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin sədri Dilşad Musa açaraq və layihə haqqında qısa məlumat verərək ekspertləri təqdim edib. Ekspertlər ümumi cərrah – koloproktoloq Dr. Türkan Gündüz, nevroloq Rima İbadova, uşaq hekayələri yazıçısı Reyhan Yusifqızı Şıxlinskaya, Vəkillər kollegiyasının üzvü vəkil Ziya Bağırov qonaqlara özlərini təqdim edərək müzakirə zamanı bütün sualları cavablandırıblar.

Dr.Türkan Gündüz – 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-cı ildə Kimya Biologiya təmayüllü özəl liseyə daxil olmuşdur. 1999-cu ildə ATU-nun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2006-cı ildə ATU-nu ümumi-cərrah ixtisası üzrə bitirmişdir. 2006-2013-cü illərdə bir çox özəl klinikalarda ümumi-cərrah proktoloq kimi işləmişdir. 2010-2011-ci illərdə Türkiyənin Konya şəhərində Tibb fakültəsində Cərrahiyyə ixtisası üzrə kurs keçmişdir. 2015-ci il 19-23 may tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə-Koloproktoloji Konqressində iştirak etmişdir. 2016-cı il Avropa Koloproktoloji Cəmiyyətinin rəsmi üzvü seçilmişdir və Milan şəhərində keçirilmiş Konqressdə iştirak etmişdir. Hal-hazırda “ATU Tədris Cərrahiyyə Klinikası”nda və “City Hospital” klinikasında ümumi cərrah, proktoloq kimi fəaliyyət göstərir.

 

Reyhan Yusifqızı ŞıxlinskayaAzərbaycan yazıçısı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent.

Reyhan Yusifqızı 1965-ci il, noyabrın 13-də anadan olub. 1972-1982-ci illərdə Bakı şəhəri 5 saylı orta məktəbdə və 20 saylı musiqi məktəbinin fortepiano sinfində oxuyub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olub, 1987-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Milli Elmlər Akademiyasının Kibernetika institutuna təyinat alib. 1990-cı ildən indiyədək Bakı Dövlət Universitetində işləyir.

R.Y. Şıxlinskaya 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək f.r.e.n. alimlik dərəcəsi alıb. 60-dan çox məqalə və tezisin, 20 kitab, 100 hekayə, həmçinin, riyaziyyat sahəsində iki kitabın müəllifidir. Ailəlidir. İki övladı var.

 

Vəkil Ziya Bağırov – Vəkillər kollegiyasının üzvü

 

Rima Haqverdi qızı İbadova – 1984 –cü ildə Laçın rayonunda doğulmuşdur. 2000 ci ildə Bakı şəhəri N.Nərimanov rayonu 47 saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul olmuş, 2006-cı ildə universiteti bitirmişdir. 2006 – 2007 – ci illərdə Uşaq Nevroloji Xəstəxanasında Uşaq Nevroloqu ixtisası üzrə internatura təhsili almışdır.
Avropa Pediatrik Nevroloji dərnəyin (EPNS) və Beynəlxalq Epilepsiya əleyhinə Cəmiyyətin (İLAE) üzvüdür.
Türkiyə Cümhuriyyəti Ankara şəhəri Qazi Xəstəxanası, Çocuk Nöroloji ana bilim şöbəsində nevrologiya və EEG (elektroensefaloqramma) üzrə rotasiya kursu keçmişdir.
Avstriya Salzburq tibb seminarlarında (2016 və 2018-ci illərdə), İtaliya Venesiya Beynelxalq Universitetində qısa müddətli təhsil proqramlarında olmuşdur.
ABŞ Boston Uşaq Xəstəxanası və Harvard Universiteti Tibb və Səhiyyənin təşkili bölməsində təhsil və İnkişaf Pozğunluqları bölümündə tədqiqiatçı kimi fəaliyyət göstərmişdir.
Dünyanın müxtəlif yerlərində ( ABŞ, Avstriya, Fransa, İtaliya, Turkiyə, Gürcüstan) keçirilən konfranslarda tibbin ən son yeniliklərini öyrənməklə bərabər, elmi işlərlə və çıxışları ilə ölkəmizi təmsil etmişdir. Dünya və yerli jurnallarda dərc edilmiş bir sıra elmi işlərin, Almaniyada nəşr və satışı gerçəkləşdirilən bir elmi kitabın müəllifidir.
Hazırda Bakı şəhərində həkim nevroloq kimi fəaliyyət göstərir.

Fariz Eyvazlı