25 Aprel 2019 www.xeber24.az

Məşhur amerikan filosofu Henri Devid Toqo demişdir ki, “yaxşılıq, xeyirxahlıq yeganə libasdır ki, heç vaxt köhnəlmir”. Belə bir “libas”a, təmiz, saf bir qəlbə sahib olan insanlardan biri də ölkəmizin tanınmış ümumi-cərrah, koloproktoloqu Türkan Gündüz xanımdır. İşinin peşəkarı olan Türkan xanımın insanlığı və insanlara olan münasibəti, xasiyyəti, bir sözlə, özündə cəmləşən bütün keyfiyyətləri təqdirə layiqdir. Özü kimi zərif bir ürəyə sahib olan Türkan xanımın əsas məqsədi bütün insanlara, insanlığa xeyirxah olmaq mesajı verməkdir – “Valideynlər övladlarına sahib çıxsın və sevsinlər”. Elə bu məqsədlə də, 25 Aprel 2019-cu il Op. Dr. Türkan Gündüz xanımın təşəbbüsü ilə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Uşaqlar Birliyinin sığınıcağına ziyarət ediblər. Uşaqlar geyim, oyuncaq və digər ehtiyacı olduqları ləvazimatlarla və hədiyyələrlə təmin olunub. Onlar üçün əyləncə proqramı təşkil edilib və bütün uşaqlarla birgə tort kəsilib. Sonda Op. Dr. Türkan Gündüz uşaqların hər birini müayinə edib və qoyduğu diaqnozlara uyğun olaraq lazımi reseptlər yazıb. Bundan əlavə, sonda uşaqların sevimlisinə çevrilən Türkan Gündüz xanım onlara tez-tez baş çəkəcəyinə söz verib.

Qeyd edək ki, sığınacağın rəhbəri, böyük ürəyə sahib Kəmalə xanım Ağazadə uşaqların ehtiyaclarını çalışdığı qədər ödəyir, onların şəxsi inkişafları üçün əlindən gəldiyinin ən yaxşısını həyata keçirir, burda məskunlaşan uşaqlara hər şeydən öncə övladları kimi yanaşır, qayğı göstərir və onlardan sevgisini əsirgəmir.

Fariz Eyvazlı