11 C
Baku
Cümə, Noyabr 15, 2019
Ev Cəmiyyət Op. Dr. Türkan Gündüz Dünya Qastroenteroloji Konqresində

Op. Dr. Türkan Gündüz Dünya Qastroenteroloji Konqresində

56
0

27 Sentyabr 2019 www.xeber24.az

21-24 Sentyabr 2019-cu ildə İstanbulda Dünya Qastroenteroloji Konqresi keçirilib.

Dünyanın bir sıra ölkələrindən dəvət olunmuş alimlərin iştirakı ilə keçirilən konqresdə dünya tibb, təbabət sahəsində baş verən yeniliklər, yeni müalicə üsulları haqqında ətraflı müzakirələr aparılmışdır.

Sevindirici haldır ki, dünyanın müxtəlif ölklərindən dəvət olunan alimlərin yer aldığı Dünya Qastroenteroloji Konqresində ölkəmizi “City Hospital” klinikasının ümumi cərrah və proktoloqu  Op. Dr. Türkan Gündüz təmsil etmişdir.

Qeyd edək ki, Op. Dr. Türkan Gündüz 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-cı ildə Kimya Biologiya təmayüllü özəl liseyə daxil olmuşdur. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2006-cı ildə ATU-nu ümumi-cərrah ixtisası üzrə bitirmişdir. 2006-2013-cü illərdə bir çox özəl klinikalarda ümumi-cərrah proktoloq kimi işləmişdir. 2010-2012-ci illərdə Türkiyənin Konya şəhərində Tibb fakültəsində Cərrahiyyə ixtisası üzrə kurs keçmişdir. 2015-ci il 19-23 may tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə Koloproktoloji Konqressində iştirak etmişdir. 2016-cı il Avropa Koloproktoloji Cəmiyyətinin rəsmi üzvü seçilmişdir və Milan şəhərində keçirilmiş Konqressdə iştirak etmişdir. Türkan Gündüz Türkiyə Koloproktoloji cəmiyyətinin rəsmi üzvüdür. Hal-hazırda “ATU Tədris Cərrahiyyə Klinikası”nda və “City Hospital” klinikasında ümumi cərrah, proktoloq kimi fəaliyyət göstərir.

Fariz Eyvazlı