2017-ci ilin mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ermənilərə məxfi məlumat ötürən bir qrup hərbçi və mülki şəxsin həbs edildiyi ilə bağlı birgə bəyanat yaydı. Düşmənlə mübarizə aparmalı olan şəxslərin düşmənlə əməkdaşlığı ilə bağlı məlumat cəmiyyətdə ciddi rezonansa səbəb oldu.

Məlum olayla bağlı əlaqədar hüquq-mühafizə orqanlarının apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində ermənilərin əməkdaşlığa cəlb etdiyi şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olundu.

 

Yenicag.az Moderator.az-a istinadən xəbər verir ki, bu günlərdə, məlum hadisənin iki illiyi ərəfəsində sosial şəbəkələrdə həbs edilən bəzi hərbi qulluqçuların yaxınları onların bağışlanması, cəzalarının yüngülləşdirilməsi ilə bağlı fikirlərlə çıxış edir, bəzi hallarda aparılan istintaq işinin obyektivliyinə kölgə salmağa çalışırlar.