15 iyul 2019 www.xeber24.az

Nepalda daşqın və sürüşmələrə səbəb olan leysan yağışlarından sonra azı 65 nəfər ölüb, 30 nəfər itkin düşüb.

CNN xəbər verir ki, ölkədə yağışlar ötən həftənin cümə axşamı başlayıb.

Təbii fəlakət Nepalın 22 rayonunu cənginə alıb.

Yağıntıların yaxın 48 saat ərzində dayanması gözlənilmir. Son bir neçə saatda yağıntının miqdarı 400 mm-dən çox olub.

Fariz Eyvazlı