31 Oktyabr 2019 www.xeber24.az

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ayı ətinin satılması məsələsinə münasibət bildirib.

Nazir YAP-ın qərargahında keçirilən mətbuat konfransında  bildirib ki, son vaxtlar evlərdə və iaşə obyektlərində heyvan saxlanılması faktları azalıb.

M.Babayevin sözlərinə görə, insanlar belə faktlarla rastlaşdıqda nazirliyə foto və videolar göndərirlər:

“Bu məsələ ictimailəşir və həmin şəxsləri qorxudur. Burada cəmiyyətin mövqeyi və nazirliyin sərt yanaşması müsbət nəticələrə gətirib çıxarır. Ayı ətinin satılması barədə ciddi tədbirlər görülməldir. Bildiyiniz kimi, ayı ətini satan həmin “ovçu” artıq saxlanılıb. O, cəmiyyət və dövlət qarşısında öz əməllərinə görə cavab verəcək”.

Nazir qeyd edib ki, digər tərəfdən, tələbat olmasa, o, onu satışa çıxarmaz:

“Görünür, kimlərsə ayı ətini qeyri-adi delikates sayır. Təlabat olmasa, təklif də yaranmayacaq. Sosial şəbəkələrdə məlumat yayılan kimi həmin şəxsin məsuliyyətə cəlb olunması həyata keçirildi. Bu istiqamətdə sərt tədbirlər görüləcək və müsbət nəticələr əldə olunacaq”.