24 May 2019 www.xeber24.az

“NASA Mars” bileti ad yazdırma səhifəsi! “NASA Mars 2020” biletini haradan və necə almaq olar?
Xeber24.az proyekt haqqında ətraflı məlumatları sizə təqdim edir…
NASA Marsla bağlı planların müddətini sürətləndirib. 2020-ci ildə Marsa göndəriləcək raketin hazırlanma prosesinin davam etdiyi bir müddətdə ad yazdırma ilə bağlı xatirə bileti dünya çapında böyük marağa səbəb olub.
Qeyd edək ki, NASA“Adını Marsa Göndər” adlı bir kompaniyaya imza atıb. Qurumun rəsmi səhifəsi üzərindən təşkil olunan anket vasitəsilə arzu edən şəxslərə xatirə olaraq “NASA Mars” bileti hazırlanır və sistemə qeyd olunur.
“NASA Mars” bileti ad yazdırma səhifəsi
NASA rəsmi saytına daxil olan istifadəçilər proyektin yer aldığı səhifədə ad yazdırma əməliyyatını yerinə yetirdikdən sonra təmsili olaraq “uçuş bileti” əldə edirlər.
Ən çox müraciət edən ölkələrin adları açıqlandı
NASA-nın rəsmi internet saytında 3.384.767 nəfərin adını Marsa göndərməsi üçün proyektə qatıldığı məlumatı yer alır. Saytda proyektə ən çox maraq göstərən ölkələrin də adları açıqlanıb. Türkiyə 1.263.189 nəfər müraciətlə siyahıda ilk sırada yer alır. ABŞ 429.892 müraciətlə ikinci, Hindistan isə 404.179 müraciətlə üçüncü sırada yer alır.
“NASA Mars” bileti necə və haradan əldə olunur?
Elektron “uçuş bileti” verilən sistemdə ad, soyad kimi şəxsi məlumatlar yer alır. Aşağıdakı bağlantıya daxil olduqdan sonra ad, soyad, ölkə, postal kod və e-mail ünvanı daxil etmək lazımdır. Bu məlumatlar daxil edildikdən sonra xatirə bileti hazırlanır.
“NASA Mars” bileti son tarix
NASA-nın internet saytında başladılan kompaniya 31 Sentyabr 2019-cu il tarixinədək davam edəcək. Kompaniya çərçivəsində müraciət edənlərin adları Marsa göndəriləcək pilotsuz kosmik raketdə yerləşdirilən çiplərə yerləşdiriləcək.
Fariz Eyvazlı