25 Sentyabr 2019 www.xeber24.az

Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserdə müalicə olunan xəstə özünə qəsd edib.

1968-ci il təvəllüdlü Nufoyev İqor Yuryeviç boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal reanimasiyaya yerləşdirilib. Ona boğazın hər iki nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisənin dəqiq hansı səbəbdən baş veməsi bəlli deyil. Bildirilir ki, İqor Nufoyev uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.

İlkanə Əliyeva