“Nəsimi eşqi” Cocuq Mərcanlıda

0
121

Füzuli Dövlət Dram Teatrı Nəsimi ili çərçivəsində silsilə tədbirlərin davamı olaraq bu dəfə Cocuq Mərcanlı kəndində “Nəsimi eşqi” adlı tamaşa ilə çıxış edib. Xeber24.az-ın məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, Bakı Dövlət Universitetinin rektoru və bir qrup müəllim, tələbə heyəti, “N” saylı hərbi hissənin əsgər və zabitləri, mülki əhali iştirak edib. Dahi şairin həyat və yaradıcılığını əks etdirən tamaşa Nəsimisevərlər və gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra edilən çıxışlarda, tamaşa və ümumillikdə teatrın cəbhə bölgəsindəki uğurlu fəaliyyəti barədə səmimi fikirlər söylənilib.