Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinə müşavir təyin edilib.

Xeber24.az-ın apa-a istinadla məlumatına görə, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nəsimi Cəfərov nazirin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nəsimi Cəfərov​ 1977-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisasını bakalavr və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirib. Bakı Biznes Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

N.Cəfərov 1995-2017-ci illərdə vergi orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Vergi orqanlarında xidmətdə olduğu müddətdə ​baş vergi xidməti müşaviri xüsusi rütbəsi verilib. 2015-ci ildə “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

N.Cəfərov 2018-2019-cu illərdə Xüsusi Dövlət Mühafizə Xidmətində idarə rəisinin müavini vəzifəsində çalışıb.