“Araz” supermarketlər şəbəkəsi ötən gün kütləvi informasiya vasitələrindən supermarketdə satılan kolbasanın istifadəyə yararsız olduğuna dair yayılan məlumatlara münasibət bildirib.

Xeber24.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən “Araz” supermarketlər şəbəkəsinin Marketinq departamenti PR və Daxili Kommunikasiya bölmə müdiri Billurə Əmirova bildirib ki, vətəndaşın aldığı oxot kolbasalarının saxlanma müddəti 40 gündür:

“Vətəndaş noyabrın 2- də “Araz” marketdən hisə verilmiş oxot kolbasası alıb. Məlumat üçün bildirim ki, həmin kolbasalar oktyabrın ayının 6-da istehsal olunub. Saxlanma müddəti 40 gündür. 15 noyabra qədər vaxtı var. Yəni məhsulun istifadə müddətinin bitməsindən söhbət gedə bilməz. Onu da əlavə edim ki, oxot hisə verimiş kolbasa məhsulu açıq şəkildə çəki ilə satılır.

Yəni müştəri həmin kolbasadan hansı miqdarda istəyirsə, o qədər də alır. Maraqlıdır ki, əgər kolbasada problem olsaydı, müştəri onu yerindəcə, məhsulu seçərkən niyə görməyib? Burada bir məqamı nəzərə alaq ki, müştəri noyabrın 2-də məhsulu alıb və noyabrın 6-da şikayətini bildirib. Dörd gün ərzində məhsul hansı şəraitdə saxlanılıb? Şəkildə görünən odur ki, oxot kolbasalarının üzərindəki kif yox, məhsulun duzudur. Ümumiyyətlə, hisə verilmiş kolbasa məhsullarında duzun üzə çıxması xarakterik haldır”.

08:18

Bakı sakini “Araz” supermarketində satılan kolbasanın istifadəyə yararsız olduğundan şikayətlənib.

Vətəndaş almaq istədiyi “Cennet oxot” markalı kolbasanın istifadə tarixinin ötdüyünü bildirib.

Sosial şəbəkədə yerləşdirdiyi şəkildə görünür ki, kolbasanın istifadə tarixi noyabrın 2-də bitib. Qəzəblənən alıcı üzünü mağaza sahiblərinə tutub:

“Siz insanları zəhərləməkdən bezmədiniz? Doğrudanmı, bu “Veysəloğlu”nda hər şey bu cür idarə olunur? Bu cinayətdir, ay adamlar”.

Şərhlərdə vətəndaş kolbasanın çürüdüyünü və ondan pis qoxu gəldiyini də açıqlayıb.