21 İyun 2019 www.xeber24.az

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Xeber24 oxu.az-a istinadən xəbər verir ki, hadisə Qusar-Həzrə yolunun 2-ci kilometrliyində baş verib.

Qusar rayonu, Köhnə Xudat kənd sakini, 57 yaşlı Əlağa Ağakişiyevin idarə etdiyi motosikletlə Kürdəmir rayon sakini 34 yaşlı Vasif Osmanovun idarə etdiyi yük maşını toqquşub.

Nəticədə, motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nurlan Cəfərzadə