5 avqust 2019 www.xeber24.az

Qahirədə oksigen balonunun partlaması nəticəsində on altı nəfər həlak olub, 21 nəfər yaralanıb.

Xəbər24.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Rəsmi nümayəndənin sözlərinə görə, hadisə Xəçəng İnstitutu yaxınlığında baş verib.

Bildirilir ki, dəhşətli partlayış nəticəsində güclü yanğın baş verib.

Qeyd olunur ki, hadisə yerinə yanğınsöndürən və təcili-tibbi yardım maşınları cəlb edilib.

Nurəddin Abdullayev