24 Oktyabr 2019 www.xeber24.az

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeber24.az Oxu.Az-a istinadla xəbər verir ki, qəza Binə qəsəbəsində qeydə alınıb.

Minik avtomobili Südçülük sovxozu yaşayış massivində 1949-cu il təvəllüdlü Abdullayev Səxavət İbadulla oğlunu vuraraq ağır xəsarət yetirib.

Evlərinin yaxınlığında xəsarət alan yaralı dərhal xəstəxanaya yerləşdirilib.

S.Abdullayevə hər iki ayağın sınığı diaqnozu qoyulub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.