17 May 2019 www.xeber24.az

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Volleyball.it saytının məlumatına əsasən, yığmamızın “sükanı arxasına” italiyalı Covanni Kaprara keçib.

Kaprara yeni vəzifədə səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevi əvəzləyəcək.

Baş məşqçinin əsas məqsədi avqustun 2-4-də Braziliyada keçiriləcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə uğurlu çıxış etməkdir.

Qeyd edək ki, D qrupunda Azərbaycanın rəqibləri Kamerun və Dominikan Respublikasıdır.

Əliyeva İlkanə