29 iyul 2019 www.xeber24.az

Şənbə günü “Metropark” ticarət və əyləncə mərkəzindəki yanğınla bağlı mərkəzə giriş bağlanıb.

Xeber24.az Report-a istinadən xəbər verir ki, 3 gün ərzində “Metropark”da təmir-bərpa işləri həyata keçirilək və ticarət mərkəzi bundan sonra açılacaq.

Xatırladaq ki, iyulun 27-də Bakının Nərimanov rayonu ərazisində yerləşən yeddimərtəbəli “Metropark” ticarət və əyləncə mərkəzində yanğın olub. Nəticədə binanın 2-ci və 3-cü mərtəbələrində şaxta boyunca 10 p.m elektrik kabeli yanıb.

Fariz Eyvazlı