19 iyul 2019 www.xeber24.az

Bakı metrosunda xəttə ehtiyat qatarlar buraxıla bilər.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, iyulun 20-dən 28-dək paytaxtımızda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə metropoliten stansiyaları və elektrik deposu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək.

Qeyd olunub ki, əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən, zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması da nəzərdə tutulub.

Bundan başqa, yarışların sıx keçiriləcəyi məkanlara yaxın, şəhərin mərkəzi hissəsində yerləşən, həmçinin əsas sərnişin axını gözlənilən stansiyalarda növbətçilik cədvəlləri tərtib olunmaqla əlavə işçi personalın ayrılması planlaşdırılıb.

Fariz Eyvazlı