“Barselona”nın ulduzu Lionel Messi “Yuventus”da çıxış edən həmkarı Kriştiano Ronaldonun açıqlamasına münasibət bildirib.
Xeber24.Az xəbər verir ki, portuqaliyalı ulduz argentinalı həmkarı haqqında danışarkən “Komfort zonası”ndan çıxaraq yeni macəralara başlamadıdı” demişdi.
“World Soccer”ə danışan Messinin onun sözlərinə cavabı belə olub: “Hər kəs hədəflərini özü müəyyənləşdirir. “Barselona” dünyanın ən yaxşı klubudu və burdan ayrılmaq ehtiyacını hiss etmirəm”.
32 yaşlı futbolçu bu mövsüm aldığı zədələrdən də danışıb: “Çətin durumdu. Özünüzü 25 yaşındakı kimi hiss edirsiz və eyni şnyləri etmək istəyirsiz. Amma bədənin öz qanunları var və bəzən bunları etməyinizə icazə vermir. Bu səbəbdən də daha təmkinli olmalısınız”.
Messi onun üçün şəxsi mükafatların ikinci planda olduğunu bildirib: “Önəmli olan komanda üçün qazandıqlarımızdı. Hər zaman dediyim kimi, şəxsi uğurlar mənim üçün önəmli deyid. Onları qazanmaq təbii ki, gözəldi. Amma qazanmayanda da hər şey qaydasında olur. “Barselona” ilə kuboklar qazanmağa davam etmək istəyirəm. Yenidən Çempionlar Liqasının qalibi olmağı arzulayıram”.