22 Noyabr 2019 www.xeber24.az

İngiltərə millisinin sabiq üzvü Peter Krouç Kriştiano Ronaldo ilə bağlı maraqlı açıqlamalar verib.
Veteran futbolçu portuqaliyalı ulduzun “Mançester Yunayted”də oynadığı dövrlə bağlı danışıb.
“Bir dəfə “Mançester Yunayted”in futbolçuları ilə görüşəndə Ronaldonun necə insan olduğunu soruşdum. Onlar bildirdi ki, hər fürsətdə Ronaldo ilə zarafat edərək Messinin daha yaxşı futbolçu olduğunu deyirlərmiş. Ronaldo isə cavab olaraq əzələlərini sıxır və “Düzdü, amma Messi bunun kimi görünmür” cavabını verirmiş” deyə Krouç bildirib.