27 Sentyabr 2019 www.xeber24.az

Oğuzda meşə gözətçisi meşədə döyülüb.

Hadisə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyiliyinin ərazisində baş verib.

Gözətçi İsabalı Xudumov rayonun Calud kənd sakini Ehtiram Həsənovu meşədən “UAZ” markalı maşınla qanunsuz odun aparan zaman görüb və şəkillərini çəkib. Bu zaman  E.Həsənov maşından düşərək onu döyüb və hadisə yerindən qaçıb. Meşə gözətçisi həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş edib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsilə cinayət işi başlanıb.

İlkanə Əliyeva