5 avqust 2019 www.xeber24.az

“Texas ştatının El-Paso şəhər ticarət mərkəzində baş vermiş silahlı insident Meksika xalqına qarşı terror aktıdır”.

Xəbər24.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Meksika Xarici İşlər naziri Marselo Ebrard bildirib.

Onun sözlərinə görə, Meksika baş verən terror aktının Meksika-ABŞ əlaqələrinə qarşı törədildiyini hesab edir.

“Biz baş vermiş terror aktının Meksika-ABŞ əlaqələrinə və ABŞ-dakı meksikalılara qarşı törədildiyini hesab edirik.

Meksika hökuməti bununla bağlı məhkəmədə ittiham irəli sürmək niyyətindədir”, – deyə Ebrard vurğulayıb.

Nurəddin Abdullayev