30 iyul 2019 www.xeber24.az

Ağcabədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeber24.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Taxtakörpü qəsəbəsində qeydə alınıb.

“Kamaz” markalı yük avtomobili yolu keçmək istəyən Laçın rayon məcburi köçkünü Səltənət Əsədovanı vurub. Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun öldüyünü bildiriblər.

Faktla bağlı Laçın rayon polis şöbəsində araşdırma aparılır.

Fariz Eyvazlı