24 iyul 2019 www.xeber24.az

Mark Esper rəsmən Pentaqon rəhbəri olub.

ABŞ Konqresinin Senatı Mark Esperin Müdafiə naziri postuna namizədliyini təsdiq edib.

Xeber24.az xarici KİV-lərə istinadən xəbər verir ki, onun namizədliyini 90 senator dəstəkləyib, 8-i əleyhinə səs verib.

Qeyd edək ki, Esper daha əvvəl Pentaqonun rəhbəri vəzifələrinin icraçısı olub. İyunda ABŞ prezidenti Donald Tramp bunadək “Raytheon” şirkətində lobbiçi işləyən Mark Esperi Müdafiə naziri təyin etmək niyyətində olduğunu bildirib.

Fariz Eyvazlı