22 May 2019 www.xeber24.az

30 May 2019-cu il Nizami Kino Mərkəzində Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi ilə Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin “Fərqinə Var!” adlı yeni sosial layihəsinin təqdimatı keçiriləcək.

“Fərqinə Var!” sosial layihəsinin məqsədi daun sindromlu və fiziki məhdudiyyəti olan yeniyetmə və gənclərdə ruh yüksəkliyi yaratmaq, özgüvənlərini artırmaq, onlara uyğun iş sahələrinin yaradılmasına vəsilə olmaq və bunlarla yanaşı valideynlərinə onları gizlətmək əvəzinə cəmiyyətə qazandırmaqlarının mümkün olduğunu izah etməkdir.

Azərbaycanın bir sıra tanınmış, məşhur şəxsləri – Azərbaycan televiziya aparıcısı və xeyriyyəçi Hacı Nuran Hüseynov, müğənni və bəstəkar Tünzalə Ağayeva, Azərbaycanın populyar estrada müğənnisi və Azərbaycan Respublikasının Xalq artisti Faiq Ağayev, müğənni Günay İbrahimli, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri xanım Arzu Bağırova və millət vəkili Cavid Osmanov bizimlə birlikdə May ayının 30-da Nizami Kino Mərkəzində “Fərqinə Var!” deyəcəklər.

Fariz Eyvazlı